Minik maşınları TOQQUŞDU - XƏSARƏT ALAN VAR
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, qəza şəhərin “Daş Körpü” adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub.
Nəticədə 1970-ci il təvəllüdlü A.Bədəlov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: