Reklam resmi
Reklam resmi

“Turan” 9 futbolçu ilə yollarını ayırdı

“Turan” 9 futbolçu ilə yollarını ayırdı
İdman

“Turan Tovuz” futbol klubu müqaviləsi başa çatan futbolçuları ilə yollarını ayırıb.

Ajans.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesabındakı paylaşımında bildirilib.

Vurğulanıb ki, yeni mövsümün heyət planlamasına start verən “Turan Tovuz” PFK ilə müqavilə müddətləri başa çatan futbolçular - İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski və Sadiq Quliyevlə yollar ayrılıb.

“Futbolçuların hər birinə klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”, - deyə paylaşımda qeyd edilib.

author picture
Zərif Sofiyeva
Mövzular:
Turan-Tovuz Futbol Müqavilə

Digər Xəbərlər