Reklam resmi
Reklam resmi

Ağdam Sənaye Parkında velosiped istehsal ediləcək

Ağdam Sənaye Parkında velosiped istehsal ediləcək
Cəmiyyət

“Qarabike” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.

Ajans.az Trendə istinadən xəbər verir ki,  yeni qeydiyyata alınan rezident tərəfindən sənaye parkının ərazisində velosiped istehsalı layihəsi həyata keçiriləcək. Layihənin investisiya dəyərinin 8,6 milyon manat olduğu bildirilir.

"Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə ilkin mərhələdə il ərzində 44 min ədəddən çox velosiped istehsal ediləcək, növbəti mərhələdən isə illik istehsal gücünün 70 min ədədə çatdırılması planlaşdırılır", - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ağdam Sənaye Parkında hazırda 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar tərəfindən 115 milyon manatdan çox investisiya yatırılıb, 650 nəfərdən çox daimi iş yeri yaradılıb.

Mövzular:
Ağdam Velosiped İqtisadiyyat Nazirliyi

Digər Xəbərlər