Yakiroviç Türkiyə klubundan AYRILDI
Türkiyənin “Kayserispor” klubunda baş məşqçi Sergey Yakiroviç ilə yollar ayrılıb.
Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, “Kayserispor” Superliqada mövsümü 13-cü sırada bitirib. 43 yaşlı Yakiroviç 2025-ci ilin yanvarından bu komandanı çalışdırırdı.
Mövzular: