Ağır qəzada yaralananların VƏZİYYƏTİ… - RƏSMİ
Xəbər verdiyimiz kimi, Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı sürücünü övladı 2010-cu il təvəllüdlü Nicat Məmmədov, 1953-cü il təvəllüdlü Aslan Məmmədov xəsarət alıblar.
Yaralıların vəziyyəti ilə bağlı Ajans.az TƏBİB-ə sorğu ünvanlayıb.
Bildirilib ki, yaralılar hospitalizasiya olunub:
"09.06.2025-ci il tarixində saat 11:45 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2010 və 1953-cü il təvəllüdlü iki nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara başın təpə nahiyəsinin dərin kəsilmiş yarası və dəqiqləşdirilməmiş travması diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir".
©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mövzular: