Reklam resmi
Reklam resmi

Ata və oğlunu maşın vurdu

Ata və oğlunu maşın vurdu
Hadisə

Astarada avtomobil ata və oğlunu vurub.

Ajans.az xəbər verir ki, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

Belə ki, avtomobil 1986-cı il təvəllüdlü Astara rayonu, Ərçivan qəsəbə sakini Rəhim Fərruxovu və onun azyaşlı oğlu 2022-ci il təvəllüdlü Z.F-i vurub. 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, koma, başın açıq yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
Astara Ata Oğul Maşın vurdu

Digər Xəbərlər