Reklam resmi
Reklam resmi

Məşhur futbolçu Neymar koronavirusa YOLUXUB

Məşhur futbolçu Neymar  koronavirusa YOLUXUB
İdman

Braziliyanın "Santos" klubunun hücumçusu Neymar koronavirusa yoluxub.

Ajans.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, bir neçə gün əvvəl virus infeksiyasının başlaması ilə Neymar "Santos" klubunun Tibb Departamenti tərəfindən müayinə olunduqdan sonra laboratoriya yoxlamalarından keçib:

"Yoxlamalar onun COVID-19-a yoluxduğunu təsdiqləyib. Oyunçu simptomların göründüyü gündən etibarən fəaliyyətini dayandırıb. Hazırda evdədir, istirahət edir və həkimin göstərişi ilə simptomatik müalicə alır".

Mövzular:
Braziliya "Santos" klubu Neymar Koronavirus

Digər Xəbərlər