UEFA Millətlər Liqasında FİNAL HƏYƏCANI: Portuqaliya İspaniya ilə üz-üzə
Bu gün UEFA Millətlər Liqasında bürünc və qızıl medalın sahiblərinə aydınlıq gələcək.
Ajans.az xəbər verir ki, bürünc medalın sahibi Almaniya - Fransa matçında bəlli olacaq.
Günün əsas matçında isə Portuqaliya İspaniya ilə qızıl uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Almaniya - Fransa matçı Bakı vaxtı ilə saat 17:00-da, Portuqaliya - İspaniya oyunu isə saat 23:00-da start götürəcək.
8 iyun
UEFA Millətlər Liqası
Bürünc medal uğrunda mübarizə:
Saat 17:00, Almaniya - Fransa.
Final:
Saat 23:00, Portuqaliya - İspaniya.
Mövzular: