Reklam resmi
Reklam resmi

Zərgərlik mağazası QARƏT EDİLDİ - bu ölkədə...

Zərgərlik mağazası QARƏT EDİLDİ - bu ölkədə...
Hadisə

Portuqaliyanın paytaxtı Lissabonun mərkəzindəki oteldə yerləşən zərgərlik mağazasına basqın edilib.

Ajans.az  “CNN Portugal”a istinadən xəbər verir ki, cinayətkarlar təxminən bir milyon avro dəyərində zinət əşyaları və bahalı saatlar qarət ediblər.

Polisin məlumatına görə, quldurluqda dörd cinayətkar iştirak edib, onlardan biri silahlı olub. Onlar otel işçilərini və qonaqları silahla hədələyərək, polis əməkdaşları gələnə qədər qiymətli əşyaları götürərək skuterlərlə hadisə yerindən qaçıblar.

Qarət hadisəsi səhər saatlarında baş verib və müşahidə kameralarına düşüb. Hüquq-mühafizə orqanları şübhəliləri axtarır.

Mövzular:
oğru qərət zərgərlik əşya Portuqaliya Lissabon

Digər Xəbərlər