Reklam resmi
Reklam resmi

Erməni bloger Rusiyada HƏBS EDİLDİ

Erməni bloger Rusiyada HƏBS EDİLDİ
Hadisə

Moskvanın Zamoskvoretski Məhkəməsi erməni əsilli iş adamı, bloger Areq Şepixini ekstremizm işi üzrə 2 ay müddətinə həbs edib.

Ajans.az xəbər verir ki, bu barədə TASS-a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şepixin 2 ay müddətinə həbs edilib, istintaq təcridxanasına göndərilib.

Məhkəmdən yaydığı məlumatda bildirilir: “Moskvanın Zamoskvoretski rayon məhkəməsinin hökmü ilə 280-ci maddənin 2-ci hissəsində (ekstremist fəaliyyətə ictimai çağırışlar) və 282-ci maddənin 2-ci hissəsində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən Areq Samveloviç Şepixin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı ibtidai istintaq orqanlarının vəsatəti qaldırılıb”.

Cinayət işinin başlamasına səbəb Şepixinin çeçenlərə və müsəlmanlara qarşı təhqiramiz ifadələr işlətdiyi videolar olub.

Mövzular:
Bloger Rusiya erməni həbs

Digər Xəbərlər