İki Ermənistan vətəndaşı Azərbaycan tərəfinə KEÇİB
“Ermənistanın Sünik rayonunun (Qərbi Zəngəzur – red.) iki azyaşlı sakini azaraq Azərbaycan ərazisinə keçib”.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, bu iddia ilə Ermənistan Milli Təhlükəsizlik Xidməti çıxış edib.
İddiaya görə, Sünik rayonunun Teq kəndinin (Dığ) sakinləri Karen Armen Cangiryan (27.06.2007-ci il təvəllüdlü) və Andrey Armen Qyaqunts (13.01.2008-ci il təvəllüdlü) yolu azaraq Azərbaycan ərazisinə keçib.
Ermənistan MTX qeyd edib ki, vətəndaşların yerinin müəyyən edilməsi üçün tədbirlər görülür.
Mövzular: