Toydakı dava ölümlə NƏTİCƏLƏNDİ
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.
Ajans.az xəbər verir ki, ilkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı Həziabad kənd sakini, 1984-cü il təvəllüdlü Qənbər Yusubov toyda həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb. Daha sonra o, xəstəxanaya gətirilib.
Bu gün isə xəstəxanada dünyasını dəyişib.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Mövzular: