Reklam resmi
Reklam resmi

Azərbaycanlı gənc beynəlxalq yarışmada mükafata LAYİQ GÖRÜLDÜ

Azərbaycanlı gənc beynəlxalq yarışmada mükafata LAYİQ GÖRÜLDÜ
İdman

İngiltərənin Burton upon Trent şəhərində keçirilən “All Nations Cup 2025” beynəlxalq rəqs yarışmasında azərbaycanlı gənc Əsmə Bruce uğurlu çıxışı ilə fərqlənin.

Ajans.az AZƏRTAC-a istinadən xəbər verir ki, 11 yaşlı Əsmə “U12 Beginners” kateqoriyasında vals üzrə çıxış edərək üçüncü yerə layiq görülüb.

Yarışma “Dance Promoters Association” tərəfindən təşkil olunub və müxtəlif ölkələrdən yüzlərlə iştirakçını bir araya gətirib.

Qeyd edək ki, “All Nations Cup” beynəlxalq rəqs yarışları gənc istedadların öz bacarıqlarını nümayiş etdirməsi üçün mühüm platformadır.

Mövzular:
Burton upon Trent All Nations Cup 2025 U12 Beginners Azərbaycan

Digər Xəbərlər