Bakıda dəhşətli QƏZA: 38 yaşlı kişi hadisə yerində ölüb
Bakıda 38 yaşlı kişini maşın vurub öldürüb.
Ajans.az Trend-ə istinadən xəbər verir ki, bu gün saat 00:50 radələrində Məmmədov Kənan Rahin oğlu idarə etdiyi «Chevrolet cobalt» markalı avtomobillə Bakı dairəvi yolunun köməkçi hissəsi ilə Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada, 1987-ci il təvəllüdlü Mirzəyev Ruslan Fərman oğlunu vurması nəticəsində sonuncu almış olduğu bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.