Azərbaycan millisi səfərdə Belarusa UDUZDU
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışının ilk yoxlama oyununu keçirib.
Ajans.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik kollektiv səfərdə Belarusun U-21 yığması ilə qarşılaşıb.
Baranoviçi şəhər stadionunda təşkil olunan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan yığmasının heyətində yeganə qolu 22-ci dəqiqədə Rail Məmmədov vurub.
Mövzular: