Reklam resmi
Reklam resmi

Rusiya Ukrayna ordusunun təlim bazasına raket zərbələri ENDİRDİ

Rusiya Ukrayna ordusunun təlim bazasına raket zərbələri ENDİRDİ
Dünya

Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölməsinə raket zərbəsi endirilib.

Ajans.az xəbər verir ki, bu barədə ordunun teleqram kanalında məlumat verilib.

"Poltava vilayətindəki təlim hissələrindən birinin ərazisinə raket zərbəsi endirilib", - məlumatda deyilir.

Hadisə nəticəsində xəsarət alanların olduğu, onlara tibbi yardım göstərildiyi bildirilir.

Qeyd olunub ki, zərbə zamanı poliqonda təlim tapşırıqlarını yerinə yetirən hərbi qulluqçular olub. İddia edilir ki, hava hücumu zamanı şəxsi heyətin dağıdılması, sığınacaqlardan istifadə edilməsi və təhlükəsizlik protokollarına riayət olunması da daxil olmaqla bir sıra qabaqlayıcı tədbirlər onların həyatını xilas etməyə imkan verib.

Mövzular:
Rusiya Ukrayna hərbi münaqişə hücum zərbə raket

Digər Xəbərlər