Azyaşlı uşaq çoxmərtəbəli binanın pəncərəsindən YIXILDI
Mingəçevirdə azyaşlı uşaq çoxbərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılıb.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Ş.İ.Xətai küçəsi 6 ünvanında yerləşən binada qeydə alınıb.
Nəzarətsiz qalan 1 yaş 7 aylıq körpə qız uşağı binanın pəncərəsindən düşərək, yerə çırpılıb.
Uşaq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Mövzular: