Reklam resmi
Reklam resmi

Ceyhun Bayramov Amason Kingi ilə GÖRÜŞDÜ

Ceyhun Bayramov Amason Kingi ilə GÖRÜŞDÜ
Siyasət

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfər çərçivəsində Nayrobidə Senatın Sədri Amason Kingi ilə görüşüb.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, C.Bayramov görüş çərçivəsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayıb, qarşılıqlı anlaşma və etimadı gücləndirmək üçün parlament dostluq qrupları və müvafiq komitələr arasında birbaşa əlaqələrin qurulmasının vacibliyini qeyd edib.

Həmçinin hər iki tərəf parlamentlərarası dialoqun daha da gücləndirilməsinin və qarşılıqlı səfərlərin təşviq edilməsinin vacibliyinə diqqət çəkib.

Mövzular:
XİN Azərbaycan Afrika ölkə Keniya rəsmi səfər görüş

Digər Xəbərlər