Reklam resmi
Reklam resmi

MMA döyüşçüsünə DİSKVALİFİKASİYA-ŞOK SƏBƏB

MMA döyüşçüsünə DİSKVALİFİKASİYA-ŞOK SƏBƏB
İdman

Ukraynalı MMA döyüşçüsü meldonium istifadə etdiyinə görə dörd il müddətinə diskvalifikasiya edilib.

Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, ukraynalı döyüş ustası (MMA) İvan Pasiç meldonium istifadə etdiyinə görə 4 il müddətinə diskvalifikasiya edilib. Bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin (ITA) saytında məlumat verilib .

2022-ci il sentyabrın 30-da İtaliyanın Lignano Sabbiadoro şəhərində keçirilən qarışıq döyüş növləri üzrə Avropa çempionatı zamanı idmançının dopinq testi müsbət çıxıb. Həmin andan etibarən idmançının bütün nəticələri ləğv edildi.

Pasiçin diskvalifikasiyası 21 may 2025-ci ildən 20 may 2029-cu il tarixinədək qüvvədədir. Ukraynalının qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququ var.

Həvəskar MMA-da 21 yaşlı Pasiç 13 döyüş keçirib. İdmançı doqquz qələbə qazanıb, dörd məğlubiyyətlə üzləşib.

author picture
Tərlan Əmrahova
Mövzular:
Ukrayna Meldonium Diskvalifikasiya

Digər Xəbərlər