Lerikdə DƏHŞƏT: Kişi meyiti tapıldı
Lerik rayonu ərazisində Nisli körpüsünün yaxınlığında kişi meyiti tapılıb.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, meyitin kimliyi də məlum olub. Meyit Lerik rayon sakini 1990-cı il təvəllüdlü Şahin Musa oğlu Şərifova aiddir.
Xatırladaq ki, 3 gündür ki, 35 yaşlı kişinin itkin düşməsi barədə məlumatlar yayılmışdı. DİN əməkdaşları tərəfindən axtarışlar aparılırdı.
Mövzular: