Amerikalı aktyor qonşusu tərəfindən ÖLDÜRÜLDÜ
ABŞ-də aktyor atışma zamanı həlak oldu
-
Amerikalı kinoaktyor Conatan Coss iyunun 1-də atışma zamanı həlak olub.
Ajans.az xəbər verir ki, bu barədə TMZ portalı məlumat yayıb .
Aktyorun qonşusu mübahisə zamanı ona atəş açıb, sonra isə avtomobillə cinayət yerindən qaçıb.
Polis qətldə şübhəli bilinən şəxsi həbs edib və hadisə ilə bağlı araşdırma aparılır.
Conatan Cos 22 dekabr 1965-ci ildə San-Antonioda anadan olub. Aktyor daha çox "Dağlar kralı" ("King of the Hill") cizgi serialındakı personajlardan birini səsləndirməsi ilə tanınır. O, həmçinin bir seriallarda rol alıb və videooyunları səsləndirib.
Mövzular: