Minik avtomobili dərəyə aşdı, XƏSARƏT ALANLAR VAR
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az xəbər verir ki, hadisə hadisə rayonun Sərxan kəndi əzazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mitsubishi" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində minik avtomobili deformasiyaya uğrayıb və dərhal əraziyə FHN-nın xilasediciləri cəlb olunub.
Avtomobildə sıxılmış vəziyyətdə olan bir neçə nəfər çıxarılaraq xəstəxanaya aparılıb.
Hadisə yerində polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: