Yük maşını avtomobillə toqquşub, YARALANANLAR VAR
Masallıda qəza baş verib, yaralı var
Ələt-Astara magistralında yol qəzası olub.
Ajans.az xəbər verir ki, hadisə Ələt-Astara magistralında, Masallı rayonunu ərazisindən keçən hissəsində qeydə alınıb.
Aztonnajlı yük avtomobili hərəkətsiz vəziyyətdə dayanan minik avtomobilinə çırpılıb. Dərhal əraziyə təcili tibbi yardım briqadası və yol patrul xidməti cəlb olunub.
Qəza hadisə nəticəsində iki nəfər – Elşən Nazim oğlu Əliyev və İntiqam Bəxtiyar oğlu Sərdarlı müxtəlif dərəcəli bədən travmaları ilə xəstəxanaya yerləşdiriliblər.
Elşən Əliyev bədəninin bir neçə hissəsindən xəsarət alıb, İntiqam Sərdarlının isə boyun nahiyəsində ağır zərbə müşahidə olunub. Hər iki şəxs Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim nəzarətinə götürülüb.
Hazırda onların müalicəsi tibb müəssisəsində davam edir.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: