Ajans.az xəbər verir ki, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. Rayonun Xanlıqlar kənd sakini 1959-cu il təvəllüdlü A.Zeynalov  "Toyota" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq əkin sahəsinə aşıb. Qəza zamanı sürücü 1959-cü il təvəllüdlü A.Zeynalov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.