Reklam resmi
Reklam resmi

Azərbaycanda YANĞIN: KƏNDLƏR İŞIQSIZ QALDI

Azərbaycanda YANĞIN: KƏNDLƏR İŞIQSIZ QALDI
Hadisə

Ucarın elektrik yarımstansiyasında güclü yanğın olub, bir sıra kəndlər işıqsız qalıb.

Ajans.az "Report"a istinadən xəbər verir ki, hadisə Müsüslü kəndində yerləşən yarımstansiyada qeydə alınıb.

Belə ki, saat 07:40 radələrində stansiyada yerləşən transformatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə Müsüslü, Təzə Şilyan, Bərgüşad, Qaracallı, Pirkənd, Küçəkənd, habelə Göyçayın Alpout və Bəydövül kəndləri işıqsız qalıb.

Hadisə yerinə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Ucar Yanğın İşıq

Digər Xəbərlər