"Qarabağ" və "Sabah" arasında İNSİDENT
Azərbaycan kubokunun finalında insident yaşanıb.
Ajans.az Publika.az-a istinadən xəbər verir ki, “Qarabağ” və “Sabah” arasında keçirilən görüşün sonlarında xoşagəlməz hadisə qeydə alınıb. Paytaxt təmsilçisinin üçüncü qolu Ağdam klubunun yarımmüdafiəçisi Yassin Benzianı qəzəbləndirib.
Əlcəzairli futbolçu matçın baş hakimi İnqilab Məmmədova hücum çəkib. Onu “Qarabağ”ın texniki heyəti çətinliklə sakitləşdirib. Daha sonra futbolçuya qırmızı vərəqə göstərilib.
Mövzular: