Reklam resmi
Reklam resmi

Təyyarə reysi bu səbəbdən iki dəfə təxirə salındı

Təyyarə reysi bu səbəbdən iki dəfə təxirə salındı
Hadisə

Bakı-Novosibirsk reysi texniki səbəblərdən iki dəfə təxirə salınıb.

30 may 2025-ci il tarixində S7 Hava Yollarının Bakı-Novosibirsk reysi texniki səbəblərdən iki dəfə təxirə salınıb.

Ajans.az xəbər verir ki, bu barədə sərnişinlər Baku.ws-ə məlumat veriblər.

Qeyd olunub ki, reysin planlaşdırılan uçuş vaxtı saat 14:50 olub. Lakin texniki nasazlıq səbəbindən uçuş baş tutmayıb. Axşam saat 21:00-da eyni təyyarə ilə yenidən uçuşa cəhd edilib, lakin yenə də təyyarə havaya qalxmayıb.

Sərnişinlər bildiriblər ki, bu zaman təyyarənin içərisində tüstü və yanmış rezinə bənzər qoxu hiss olunub.

Hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, 30 may 2025-ci il tarixində S7 Hava Yollarının Bakı-Novosibirsk reysi texniki səbəblərdən iki dəfə təxirə salınıb:

"Hər iki halda hava gəmisində nasazlıq aşkar olunub, ikinci cəhddə isə təyyarə trap yığılmasından sonra hərəkət etmədən dayanacağa qaytarılıb. Bəzi sərnişinlər tərəfindən tüstü və yanıq qoxusu hiss olunduğu bildirilib. Məsələ ilə bağlı texniki qiymətləndirmə aviaşirkət tərəfindən aparılır. İlkin məlumata görə, nasazlıq əyləc sistemində qeydə alınıb. Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin narahatlığını anlayışla qarşılayır. Bizim üçün təhlükəsizlik əsas prioritetdir və yalnız texniki baxımdan tam uyğunluq olduqda uçuşa icazə verilir".

Qeyd edək ki, aviaşirkət tərəfindən reysin ilkin olaraq 31 may saat 05:20-də digər hava gəmisi ilə həyata keçirilməsi planlaşdırılır. Əlavə məlumat üçün sərnişinlərə S7 Hava Yollarına müraciət etmələri tövsiyə olunur.

Mövzular:
hava liman Bakı Novosibirsk təxir

Digər Xəbərlər