Reklam resmi
Reklam resmi

Xocəsən qəsəbəsində YANĞIN OLDU

Xocəsən qəsəbəsində YANĞIN OLDU
Hadisə

Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Mövzular:
Yanğın başlamaq Xocəsən otluq sahə

Digər Xəbərlər