Reklam resmi
Reklam resmi

Araz Musayevi bıçaqlayan baş MƏŞQÇİMİZ KİMDİR?

Araz Musayevi bıçaqlayan baş MƏŞQÇİMİZ KİMDİR?
Gündəm
825

Xəbər verdiyimiz kimi, Araz Musayevi bıçaqlayan beş nəfər saxlanılıb. Onların arasında kikboks üzrə milli komandamızın baş məşqçisi Elşən Abdulrəhimov da var.

Ajans.az Elşən Abdulrəhimov ilə bağlı məlumatları əldə edib. 

O, Lənkəranın Liman şəhərində anadan olub. E. Abdulrəhimov Azərbaycanın “Əməkdar məşqçisi”, “Əməkdar Bədən Tərbiyəsi və İdman” işçisi titullarına layiq görülüb.

Elşən Abdulrəhimov 1999-cu ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirmişdir. İxtisasca anestezioloq-reanimatoloqdur.

2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 2-ci ali təhsil almışdır.

Kikboksinq idman növündən dünya çempionatının WAKO bürünc mükafatçısıdır.1990-cu ildə Avrasiya çempionu titulunu qazanıb.

Hazırda Kikboksinq üzrə millimizin baş məşqçisi vəzifəsində çalışır.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Araz Musayev Bıçaqlanma Baş məşqçi Dosye

Digər Xəbərlər