Biləsuvarda yol qəzası- Xəsarət alanlar var
Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az "APA"a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 186-cı kilometrliyində, Biləsuvar rayonu ərazisində qeydə alınıb. "Ford" markalı yük avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində hər iki nəqliyyat vasitəsində olan 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: