68 yaşlı kişi MÜƏMMALI ŞƏKİLDƏ QƏTLƏ YETİRİLDİ
Lənkəranda ahıl kişi naməlum şəxs tərəfindən qətlə yetirilib.
Lənkəranda qətl hadisəsi törədilib.
Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə Vilvan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1957-ci il təvəllüdlü Vəliağa Mirzağa oğlu Səbziyev axşam saatlarında mal-qarasını gətirmək üçün örüş sahəsinə gedib. Onun sahədən qayıtmadığını görən yaxınları axtarış aparıblar. Axtarış zamanı V.Səbziyevin meyiti sahədə yol üstündə aşkarlanıb.
İlkin olaraq onun kəsici-deşici alətlə qətlə yetirildiyi məlum olub. V.Səbziyevin hansı şəraitdə və kim tərəfindən öldürülməsi hələ məlum deyil.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: