Ajans.az xəbər verir ki, hadisə Aşağı Ləki kəndi ərazisindən keçən avtomobil yolunda baş verib.

"Mercedes" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan 2017-ci il təvəllüdlü Nihat Mütəllimov və 1995-ci il təvəllüdlü Şəfəq Mütəllimova xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.