Reklam resmi
Reklam resmi

Maşın körpüdən aşdı, YARALANANLAR VAR

Maşın körpüdən aşdı, YARALANANLAR VAR
Hadisə

Zaqatalada avtomobil körpüdən aşıb, xəsarət alanlar var.

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 17 radələrində rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Belə ki, Abdulla Şabanovun idarə etdiyi “QAZ-24” markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.

Qəza nəticəsində sürücü A. Şabanov və sərnişin, 1969-cu il təvəllüdlü Zaqatala rayon sakini Abbas Bidzinov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mövzular:
qəza avtomobil nəfər yaralı Zaqatala

Digər Xəbərlər