Reklam resmi
Reklam resmi

Maneələr onu dayandıra bilmədi- Bir gəncin Həcc hekayəsi

Maneələr onu dayandıra bilmədi- Bir gəncin Həcc hekayəsi
Maraqlı

Bütün dünyanın diqqətini çəkən olay bir anda beynəlxalq xəbər gündəminə oturdu.

Ajans.az xəbər verir ki, Liviyalı Amer həcc üçün bütün hazırlıqlarını tamamlamışdı. Ancaq hava limanında yaşanan təhlükəsizlik gecikməsi təyyarəyə çata bilməməsinə səbəb oldu. Səlahiyyətlilər ona:

“Bəlkə həcc sənin üçün yazılmamışdı? Evə qayıt”, – dedilər.

Amer isə sadəcə gülümsəyərək cavab verdi: “Mənim niyyətim həccə getməkdir. İnşallah, gedəcəm.”

Uçuş üçün gecikdiyi təyyarə mexaniki nasazlıq səbəbindən geri dönməyə məcbur oldu. Ancaq Liviyadan gələn gənc Amerin minməsinə yenə icazə verilmədi. Təyyarə ikinci dəfə yenə havalandı və yenə nasazlıq səbəbindən geri dönməyə məcbur oldu. İkinci olayın ardından kapitan:  “And içirəm ki, Amer bizimlə bu təyyarədə olmadığı müddətcə bir daha uçmayacam”, – dedi. Firma idarəetməsindən xəbər gözlədilər və təsdiq gəldi. Amer sonda təyyarəyə mindi və bütün pilotlar onu hörmətlə qarşıladılar.

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Digər Xəbərlər