Ajans.az xəbər verir ki, bununla bağlı Pakistanın Baş naziri Şahbaz Şərif "X" hesabında yazıb.

Paylaşımda bildirilir: " Mən bu gün gözəl və sakit Laçın şəhərində əziz qardaşım Prezident İlham Əliyevlə görüşməkdən şərəf duydum. Son Pakistan-Hindistan münaqişəsi zamanı Azərbaycanın Pakistana verdiyi sarsılmaz dəstəyə görə ona təşəkkür etdim. Biz Pakistan-Azərbaycan münasibətlərinin bütün sahələr üzrə daha da dərinləşdirilməsi və regional sülh və rifah naminə birgə əməkdaşlığımızın davam etdirilməsi barədə ortaq qətiyyətimizi bir daha təsdiqlədik. Yaşasın Pakistan-Azərbaycan dostluğu!".