Reklam resmi
Reklam resmi

Tanınmış iş adamın oğlu məşhur polis zabiti VƏFAT ETDİ

Tanınmış iş adamın oğlu məşhur polis zabiti VƏFAT ETDİ
Hadisə
2647

Azərbaycanda mərhum iş adamının yüksək rütbəli oğlu vəfat etdi.

Uzun illər DİN BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləmiş Mübariz Əhədov vəfat edib.

Ajans.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb

O uzun sürən xəstəlikdən sonra mayın 26-da 59 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Mübariz Ağamirzə oğlu Əhədov 1966-cı ilin mayın 25-də Sumqayıt şəhərində anadan olub.

O, uzun müddət BDYPİ-nin qeydiyyat-imtahan və texniki baxış şöbəsində işləyib. O, sonuncu dəfə Lənkəran şəhərində 5 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi vəzifəsində çalışıb və 2021-ci ildə təqaüdə göndərilib.

Xatırladaq ki, Mübariz Əhədov 2016-cı ildə dünyasını dəyişmiş iş adamı, Sumqayıtdakı məşhur “Karvan” Ticarət Mərkəzinin sahibi olmuş,xeyriyyəçi Ağamirzə Əhədovun oğludur.

Mövzular:
Azərbaycan mərhum adamı rütbə vəfat

Digər Xəbərlər