Reklam resmi
Reklam resmi

ABŞ Rusiya ilə müharibədən QORXUR?

ABŞ Rusiya ilə müharibədən QORXUR?
Siyasət

Şimali Atlantika alyansının gələcəyi və Rusiya ilə ehtimal edilən müharibə təhlükəsi ilə bağlı narahatlıqlar fonunda ABŞ ordusu Avropanın şimal cəbhəsindəki mövcudluğunu artırır.

Ajans.az xəbər verir ki, bu barədə “The Wall Street Journal (WSJ)” məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası NATO-nun daha “ölümcül” olmasını istəyir və alyansın Rusiya ilə iki tərəfdən üzləşdiyi Avropanın şimalı sınaq meydanına çevrilib.

Qeyd edilir ki, Uzaq Şimal və Baltikyanı ölkələr ABŞ-nin hərbi planlaşdırmasının mərkəzindədir, çünki onların gəmiçilik marşrutlarına, ərazilərinə və enerji resurslarına çıxışı yeni geosiyasi münaqişə dövründə Qərb üçün həlledici əhəmiyyət kəsb edəcək. Üç həftəlik təlimdə ABŞ və Böyük Britaniya qüvvələri Şimali və Baltikyanı ölkələrin qoşunları ilə birlikdə canlı atəş təlimləri, pilotsuz uçuş aparatları ilə qan tədarükü və Norveçdəki Şimal Dairəsi üzərindən paraşütlə tullanmalar da daxil olmaqla, mümkün müharibə ssenarilərini tətbiq ediblər.

Qəzetin qeyd etdiyi kimi, təlimlərin məqsədi iki idi:

“Rusiya təcavüzünün” qarşısını almaq, NATO-nun yeni üzvləri Finlandiya və İsveç də daxil olmaqla, Avropanın bu strateji guşəsində müttəfiqləri daha möhkəm inteqrasiya etmək.

Bundan əvvəl Norveçin baş naziri Jonas Gahr Støre NATO-nun Norveçdə yeni Birləşmiş Hava Əməliyyatları Mərkəzləri (Müttəfiqlərin Hava Komandanlığı, CAOC) yaradacağını bildirmişdi. Bildirilir ki, bu, artıq alyansın Avropada üçüncü belə körpü başlığıdır.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

author picture
Ajans_az Muxbir
Mövzular:
Şimali Atlantika Alyans Avropa Rusiya

Digər Xəbərlər