Ajans.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi CNN-ə müsahibəsində bildirib.

“Əgər (danışıqların – red.) məqsədi İranın nüvə proqramı çərçivəsində silah yaratmayacağına dair zəmanətlər əldə etməkdirsə, düşünürəm ki, biz bunu kifayət qədər asanlıqla edə bilərdik. Əgər (ABŞ-nin - red.) niyyəti iranlıları dinc nüvə enerjisi hüququndan məhrum etməkdən gedirsə, bu, bütün prosesi şübhə altına alacaq”, - o bildirib.