Reklam resmi
Reklam resmi

Naxçıvanda qəza oldu, YARALANANLAR VAR

Naxçıvanda qəza oldu, YARALANANLAR VAR
Hadisə

Naxçıvan-Şahbuz yolunda qəzada 3 nəfər xəsarət alıb.

Naxçıvan-Şahbuz magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə yolun Babək rayonu Uzunoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 75-BD-090 dövlət nömrə nişanlı, "VAZ 2103" markalı avtomobillə 67-BH-202 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobil toqquşub. Qəzada 3 nəfər xəsarət alıb. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Mövzular:
qəza avtomobil nəfər yaralı Naxçıvan

Digər Xəbərlər