Reklam resmi
Reklam resmi

34 yaşlı kişi kafedə BIÇAQLANDI

34 yaşlı kişi kafedə BIÇAQLANDI
Kriminal

Ağstafada 34 yaşlı kişi kafedə bıçaqlanıb.

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Ajans.az APA-ya istinadən xəbər verir ki, insident rayonda yerləşən kafelərin birində qeydə alınıb.

Rayon sakini, 1991-ci il təvəllüdlü Cahangir Əlimərdanlı döş qəfəsindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır, polis əməkdaşları insidentin baş verdiyi məkanda araşdırmalara başlayıb.

Mövzular:
Ağstafa kişi kafe bıçaqlanma

Digər Xəbərlər