Traktor batan avtomobili çəkərkən aşdı: ölən və yaranan var - YENİLƏNİB
Yevlaxda traktor aşıb, ölən var.
Yevlaxda batan avtomobili çəkən traktor aşıb, ölən və yaralanan var
Yevlaxda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Ajans.az APA-ya istinadən xəbər verir ki, traktor palçıq ərazidə batmış "QAZ-24" markalı minik maşınını çəkərkən aşıb.
Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırma aparılır.
***
18:44
Yevlaxda traktorun aşması insan ölümü ilə nəticələnib.
Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə "vaqon-şəhərcik" deyilən ərazidə baş verib.
İlkin məlumata görə, traktorda olan iki kişidən biri traktorun altında qalaraq ölüb. Digər kişi isə yaralı halda xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.
Mövzular: