Reklam resmi
Reklam resmi

Kartdan 2600 manat oğurlayan şəxs SAXLANILDI

Kartdan 2600 manat oğurlayan şəxs SAXLANILDI
Hadisə

Sumqayıtda kartdan 2600 manat oğurlanıb.

"Ajans.az" DİN-ə istinadən xəbər verir ki, mayın 22-də Sumqayıtda naməlum şəxs şəhər sakinini aldadaraq adına olan bank kartından 150 manat çıxarıb, digər kartdan isə 2600 manat oğurlayıb.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Mövzular:
SUMQAYIT OĞURLUQ DİN

Digər Xəbərlər