Reklam resmi
Reklam resmi

800 manat dəyərində oğurluq edənlər SAXLANILIB

800 manat dəyərində oğurluq edənlər SAXLANILIB
Kriminal

Mayın 22-də Nərimanov rayonu ərazisində bir nəfərin çantasından telefon oğurlanıb.

"Ajans.az" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Teleqraf"a verilən xəbərə görə, rayonun Z.Bünyadov küçəsində Sumqayıt şəhər sakini polisə müraciət edərək 3600 manat dəyərində telefonunun oğurlanmasını bildirib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğrunu müəyyən etmək mümkün olub.

Belə ki, hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı T.Səfərov şübhəli şəxs qismində saxlanılıb.

Nəsimi rayonunda isə mağazaların birindən 800 manat dəyərində tütün məmulatları talamaqda şübhəli bilinən 55 yaşkı V.Kərimov da müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Mövzular:
BAKI NƏRİMANOVZ OĞURLUQ DİN

Digər Xəbərlər