Filipp Kirkorov xəstəxanaya yerləşdirildi
Rusiyanın Xalq artisti Filipp Kirkorov Moskvada özəl klinikalardan birinə yerləşdirilib.
Ajans.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Bildirilir ki, sənətçi Sankt-Peterburqdakı konsertdə yanıq xəsarəti alıb. Plastik cərrah Timur Haydarovun sözlərinə görə yanıqların sağalma prosesi ləngiyib və şəkərli diabet səbəbindən əllərin birində fəsadlar yaranıb.
"İndi həkimlər müğənninin sağlamlığı üçün mübarizə aparırlar: Pop kralı artıq iki həftədir ki, xəstəxanadadır", - kanallardan biri yazıb.
Mövzular: