Reklam resmi
Reklam resmi

“Qarabağ” mövqeyini qoruyub, “Neftçi” irəlilədi

“Qarabağ” mövqeyini qoruyub, “Neftçi” irəlilədi
İdman

Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

Ajans.az xəbər verir ki, siyahıda qitənin 400 klubu yer alıb.

Azərbaycanın 4 komandası ən yaxşılar arasına daxil edilib. 277 xala malik "Qarabağ" 63-cü pillədə qərarlaşıb.

Qurban Qurbanovun yetirmələrinin xal hesabı dəyişməz qalıb. Təmsilçimiz mövqeyini qoruyub. Bir pillə geriləyən "Neftçi" 19 xalla 249-cu sıradadır.

15 xalı olan "Sabah" 9 pillə geriləyib və 279-cudur. Bir xal geri qalan "Zirə" 282-ci pillədə yer alıb. Qəsəbə klubu 3 addım irəliləyib.

Qeyd edək ki, siyahıya 2410 xala malik "Real" başçılıq edir.

Mövzular:
futbol

Digər Xəbərlər