Reklam resmi
Reklam resmi

Minifutbol Azərbaycana nə vəd edir?

Minifutbol Azərbaycana nə vəd edir?
İdman

Beynəlxalq idman yarışlarının keçirilməsi idman sahəsinin yüksəlməsi və digər sektorlara müsbət təsir göstərməsinə səbəb olur. Azərbaycanın son zamanlarda müxtəlif tədbirlərə ev sahibliyi etdiyinin şahidi oluruq. Müxətlif tədbirlər sırasında idman sahəsini əhatə edən layihələr, çempionat və oyun yarışları yer alır. Qlobal yarışların Azərbaycanda keçirilməsi ölkəmizə bir çox sahələrdən yeniliklər gətirir.

Ajans.az xəbər verir ki, Keçirilən minifutbol üzrə dünya çempionatı iqtisadi canlanma, beynəlxalq tanınma və gənclər arasında idmana marağın artırılması kimi sahələrdə də ciddi töhfələr vəd edir. Belə tədbirlər  ölkənin gələcək inkişaf perspektivlərində rol oynayır. Məhz bu səbəbdən,bu təkcə idman yarışı deyil, strateji əhəmiyyət daşıyan ictimai-sosial hadisə kimi qiymətləndirilməlidir.

Bu barədə danışan AzETA Azərbaycan Ekoturizm Assosiasiyası İcraçı Direktor Samir Dübəndinin sözlərinə görə, beynəlxalq idman tədbirləri təkcə idman baxımından deyil, turizm, iqtisadiyyat və sosial inkişaf üçün də mühüm fürsətdir:

“2025 WMF Dünya Kuboku , Dünya Minifutbol Federasiyası (WMF) tərəfindən təşkil edilən milli minifutbol komandaları üçün iki ildən bir keçirilən WMF Dünya Kubokunun beşinci buraxılışı olacaq . Turnir Azərbaycanda 21 may - 1 iyun 2025-ci il tarixləri arasında Bakıda  Milli Gimnastika Arenasında keçiriləcək.Hazırda, hər bir oyunda neçə azarkeşin iştirak etdiyi və yaxud ölkəyə gəldiyi barədə rəsmi statistik məlumatlar açıqlanmayıb. Lakin, arenanın tutumu nəzərə alındıqda, hər oyunda maksimum 9,000 tamaşaçının iştirak edə biləcəyi ehtimal olunur. Azərbaycan bu sahədə uğurlu nümunələrdən biri kimi çıxış edir.Son illərdə Azərbaycan bir sıra nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etmişdir. Bu tədbirlər təkcə idman baxımından deyil, həm də turizm, iqtisadiyyat və ictimai həyat üçün əhəmiyyətli rol oynayır.Beynəlxalq idman oyunları ölkəyə xarici turist axınının artmasına səbəb olur. Məsələn, Formula 1 Azərbaycan Qran Prisi, UEFA Avro 2020 oyunları və Avropa Oyunları zamanı minlərlə xarici azarkeş və nümayəndə heyətləri ölkəyə səfər etmişdir.

Bu isə hotel, ictimai iaşə, nəqliyyat və digər turizm xidmətlərinin aktivləşməsinə şərait yaradır.Eyni zamanda, bu tədbirlər vasitəsilə Azərbaycan beynəlxalq mediada və informasiya məkanında müsbət imic qazanır, ölkənin turizm potensialının tanıdılmasına xidmət edir.Beynəlxalq yarışlar və turnirlər ictimai birlik və milli qürur hissini gücləndirir. Yerli idmançıların çıxışları və uğurları cəmiyyətin motivasiyasına və xüsusilə gənclər arasında idmana marağın artmasına səbəb olur. Sağlam həyat tərzinin təbliği baxımından bu yarışlar mühüm əhəmiyyət daşıyır.Bundan əlavə, belə tədbirlər ölkə daxilində idman infrastrukturunun inkişafına təkan verir. Yeni stadionlar, idman kompleksləri, yollar və nəqliyyat sistemlərinin yaradılması həm tədbirlər zamanı, həm də onlardan sonra uzunmüddətli sosial fayda yaradır”.

Turizm eksperti Cabir Dövlətzadə  bildirib ki, minifutbol gələcəkdə Azərbaycana turist potensialını artıracaq:

“Minifutbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi sevindirici haldır. Bu, sayca IV minifutbol üzrə dünya çempionatıdır. Azərbaycan komandası iki il əvvəl, 2023-cü ildə Avropa çempionu oldu. Bu, bizi çox qürurlandırdı. Bəlkə də bunun Azərbaycana verilməsi dünya çempionatının uğuru ilə bağlı idi. Amma bu gün Azərbaycan gimnastika arenasında bu yüksək səviyyədə keçir. 32 ölkə var.Bu o deməkdir ki, Azərbaycanda 32 dövlət var, Asiya, ABŞ, Avropa və Afrikadan olan ölkələr var. Ümumiyyətlə, dünya çempionatı Azərbaycanda keçirilməsi təqdirə layiq haldır. ”

Beynəlxalq əhəmiyyətli idman yarışının Azərbaycanda keçirilməsi bizim böyük fürsətdir. Azərbaycanın idman sahəsi ilə yanaşı bütün sektorları bu fürsəti yüksək dəyərləndiirb yararlanmalıdır. Minifutbol üzrə dünya çempionatına ev sahibliyi edən Azərbaycan üçün bu addım onun mövqeyini, inkişaf məqsədlərini ortaya qoyur və beynəlxalq arenada nüfuzunun artmasına gətirib çıxarır.

Nurcan Babək

 

Mövzular:
Minifutbol Azərbaycan idman

Digər Xəbərlər