Reklam resmi
Reklam resmi

Sürücülərin NƏZƏRİNƏ: Parklanma məntəqələrinin sayı azaldıldı

Sürücülərin NƏZƏRİNƏ: Parklanma məntəqələrinin sayı azaldıldı
Digər
1046

Bakıda parklanma məntəqələrinin sayı azaldıldı

Bakı şəhərinin küçələrində fəaliyyət göstərən bir neçə ayrı-ayrı parklanma məntəqəsi birləşdirilərək vahid məntəqə formasında təşkil edilib.

Ajans.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Belə ki, ödənişli parklanma yerlərindən istifadənin əlçatanlığını təmin etmək məqsədilə parklanma məntəqələri vahid nömrə ilə qeyd edilir. Müvafiq kəsişmələr çərçivəsində bir küçənin eyni məntəqə altında birləşdirilməsi təcrübəsi hazırda paytaxtın parklanma məntəqələrində geniş istifadə olunur.

Görülən işlər çərçivəsində məntəqələrin sayı 2 400-dən 690-a endirilib. Bununla da sürücülər parklanma məntəqəsinin nömrəsini daha rahat tapa bilirlər.

Mövzular:
Bakı parklanma məntəqə say

Digər Xəbərlər