Xəstəxanada dəhşət! Keçmiş həyat yoldaşını ov tüfəngi ilə ÖLDÜRDÜ
Kahramanmaraşda Eser Karaca (42) işlədiyi özəl xəstəxanada keçmiş əri Atilla Ayıntaplı (44) tərəfindən nasoslu ov tüfəngi ilə vurularaq öldürülüb. Məlum olub ki, Karacanın ərizəsi əsasında Ayıntaplı barəsində həbs-qətimkan tədbiri seçilib.
"Ajans.az" "Haber Global"a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Yamaçtəpə məhəlləsindəki özəl xəstəxanalardan birində baş verib. Atilla Ayıntaplı ov tüfəngi ilə keçmiş həyat yoldaşı Eser Karacanın işlədiyi xəstəxanaya gedib. Ayıntaplı ilə Karaca arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə sürətlə böyüyüb və Eser Karaca pilləkənlərlə enərək qaçmağa başlayıb. Bu arada Atilla Ayıntaplı ov tüfəngi ilə Eser Karacaya 3 dəfə atəş açıb. Yaralı Karaca dərhal xəstəxananın Təcili Tibbi Yardım Stansiyasına çatdırılsa da, həkimlərin bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Atilla Ayıntaplı hadisədə istifadə etdiyi silahı ataraq xəstəxananın yaxınlığında saxladığı avtomobili ilə qaçıb. Xəbərin ardından xəstəxanaya çox sayda polis qrupu sövq edilib. Ayıntaplı qısa müddətdə tutularaq nəzarətə alındı. Hadisəni eşidib xəstəxanaya gələn cütlüyün övladları analarının ölüm xəbərini alanda göz yaşlarına boğulublar. Qeyd edək ki, Eser Karacanın 2019-cu ildə bir dəfə, 2025-ci ildə isə iki dəfə Atilla Ayıntaplıya sataşması səbəbi ilə həbs qətimkan tədbirinin olduğu bildirilib.
Mövzular: