Yol qəzası bir nəfərin daha ölümünə SƏBƏB OLDU
Gəncədə piyada ölümü baş verdi.
Gəncədə piyada yol qəzasında ölüb.
Ajans.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Hərəkətdə olan minik maşını orta yaşlı kişini vurub. Piyada - 1961-ci il təvəllüdlü Kəlbəcər rayon sakini İ.Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: