Hacıqabulda yol qəzası: yaralı var
Hacıqabulda yol qəzası nəticəsində sürücü xəsarət alıb.
Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.
Ajans.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, Bərdə sakini, 1992-ci il təvəllüdlü Göyüşov Elsevər Famil oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsini yoldan çıxararaq aşırıb.
Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: